Füzuli rayon Mərkəzi kitabxanası

Füzuli rayon MKS
Tədbirlər
26 Fevral , 2019
26 fevral 2019-cu il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsi Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə "Unutmarıq, unutdurmarıq" adlı tədbir keçirtdi. Kitabxananın əməkdaşı Nuridə Hüseynova tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında söhbət etdi. O, bildirdi ki, Azərbaycanda Xocalı soyqırımının işıqlandırılması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Tədbirdə fəal oxuculardan Zeynalova Günay və İsmayılova Sədəf Xocalı haqqında şeirlər söylədilər. Belə tədbirlərin keçirilməsi uşaqların vətənpərvərlik  ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Foto Qalereya