Füzuli rayon Mərkəzi kitabxanası

Füzuli rayon MKS
Xəbərlər
5 Yanvar , 2018

5 yanvar 2018-ci il tarixdə Horadiz şəhərindəki Bayraq meydanında Füzuli rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayonunun 22 yaşayış məntəqəsinin, o cümlədən Horadiz şəhərinin 5 yanvar 1994-cü il tarixdə ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin 24-cü ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanları, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və ərazidə xidmət edən hərbi qulluqçular iştirak etdi.