Füzuli rayon Mərkəzi kitabxanası

Füzuli rayon MKS
Tədbirlər
27 Noyabr , 2017

       27 noyabr 2017-ci il tarixdə Füzuli rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları Ağayeva Tünzalə və Hüseynova Nuridə Birinci Zobucuq qəsəbəsində yerləşən 1№-li Uşaq bağçasının uşaqları ilə birlikdə ana təbiətin qoynuna gəzintiyə çıxmışlar. Kitabxananın əməkdaşı Hüseynova Nuridə ana təbiət haqqında uşaqlara geniş  məlumat  vermişdir. Payız fəslinin rəngarəngliyi uşaqları heyran qoymuşdur, bu rəngarənglik haqqında müxtəlif suallar verən uşaqlara əməkdaşlar dolğun cavab vermişlər.

    Gəzintidə iştirak edən Ülviyyə müəllimə, Dilarə müəllimə, Bağdagül müəllimə kitabxana əməkdaşlarına öz təşəkkürlərini bildirdilər və belə gəzintilərin uşaqların zehni və fiziki inkişafında böyük rol oynadığını bildirdilər. Belə gəzintilərin tez-tez həyata keçməsini arzuladılar.

Foto Qalereya