Füzuli rayon Mərkəzi kitabxanası

Füzuli rayon MKS
Tədbirlər
10 Noyabr , 2017

  8 noyabr 2017-ci il tarixdə Füzuli rayon Mərkəzi kitabxanasında yazıçı Gülzar İbrahimova ilə görüş keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi Sektorunun müdiri Lətifə Məmmədova, Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülbahar Eyvazova, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərov  iştirak etdilər. Tədbir Azərbaycan Himni ilə başladı. Sonra aparıcı Oxuculara xidmət şöbəsinin müdiri  Səadət Hüseynova tədbiri açıq elan etdi. Tədbirdə Birinci Zobucuq qəsəbə tam orta məktəbin şagirdlərinin və bağça uşaqlarının ifasında mahnılar, musiqilər, şeirlər səsləndirildi və səhnəciklər göstərildi. Tədbirdə MKS-nin direktoru L.Xudaverdiyeva, Mədəniyyət və Turizm  Nazirliyinin nümayəndəsi L.Məmmədova, İcra Hakimiyyətinin nümayəndəsi,  yazıçı Gülzar İbrahimova çıxış etdi.Tədbirin sonunda Gülzar İbrahimova uşaqlara hədiyyələr payladı və uşaqlarla şəkil çəkdirdi.

Foto Qalereya