Füzuli rayon Mərkəzi kitabxanası

Füzuli rayon MKS
Tədbirlər
19 Sentyabr , 2016

18 sentyabr 2016-cı il tarixdə  Qorqan kənd kitabxanasında  Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Seymur  Qəhrəman oğlunun  anadan olmasının 45 illiyi münasibətilə  “Ölməz qəhrəman” adlı tədbir keçirilmişdir. Tədbirdə kitabxananın müdiri Bayramova Nəzakət qəhrəmanın həyatı və keçdiyi döyüş yolundan danışmışdır. Kitabxananın fəal oxucuları vətənpərvərlik haqqında çıxış etmiş və şeirlər səsləndirmişlər.