Füzuli rayon Mərkəzi kitabxanası

Füzuli rayon MKS

Ən çox oxunan kitablar
Corc Oruell "Seçilmiş əsərləri"
5 Yanvar , 2016

XX əsr ingilis ədəbiyyatının, ədəbi tənqid və publisistikasının tanınmış nümayəndəsi, Corc Oruell (1903-1950) Hindistanın Benqal əyalətində ingilis məmuru ailəsində doğulmuşdur. Yaradıcılığını faşist və kommunist rejimləri ilə mübarizəyə həsr edən Oruellin “1984” romanı Amerikanın “Newsweek” dərgisinin keçirdiyi “Dünyanın yüz ən mühüm kitabı” sorğusunda hətta İncili, Şekspiri qabaqlayaraq, Tolstoyun “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutmuşdur. Bu kitabda Corc Oruellin “1984” romanı, “Heyvanıstan” povesti və “Kataloniyaya məhəbbətlə” sənədli romanı Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.